AZ

Monqolustan deputatı Bakıda WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu qeyd edib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı Byambajavın Zoriqt AZƏRTAC-a verdiyi müsahibədə tədbirin Bakıda təşkilini yüksək qiymətləndirib. O, beynəlxalq foruma yüksək səviyyədə hazırlıq işləri aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan iştirakçılar və qonaqlar üçün rahat şərait yaradıb, müzakirə platformalarının və işgüzar görüşlərin effektiv fəaliyyətini təmin edib.

Monqolustan nümayəndəsi, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyini qeyd edib. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi dayanıqlı şəhər inkişafında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Seçilən
5
1
azerbaijan-news.az

2Mənbələr