Bu forum Azərbaycanın Cənub-Cənub əməkdaşlığı istiqamətində ilk təşəbbüsü deyil.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib deyib.
O qeyd edib ki, Qlobal Cənub QHT platforması son dərəcə vacibdir: “Çünki bu, Qlobal Cənub ölkələrindəki QHT-lərin səsini bir araya gətirir. Bu çox mühüm məsələdir. Biz indicə çox yaxşı müzakirə apardıq. Bu müzakirələr bir çox qlobal gündəliklərin irəlilədilməsinə kömək edəcək. Biz xüsusən Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq üzrə Qlobal Alyans (Global Alliance on South-South and Triangular Cooperation) vasitəsilə yaxın əməkdaşlıq edəcəyik”.