AZ

Qazaxıstanda alim gözdən əlillər üçün görmə cihazı HAZIRLAYIB

Ajans.az xəbər verir ki, layihənin ideyası şəxsi faciədən sonra yaranıb. 2019-cu ildə o, ciddi göz yanığı alıb və həkimlər tərəfindən görmə itkisi riski barədə xəbərdar edilib. Bundan sonra Qabdreşov görmədən hərəkət etmə üsullarını araşdırmağa başlayıb. Beləliklə, “SEZUAL” adlı startap yaradılıb. Komanda boyun ətrafına taxılan və yarasaların exolokasiya sistemi prinsipi ilə işləyən kompakt cihaz hazırlayıb. Cihaz səs siqnalları göndərərək istifadəçiyə ətraf mühiti “eşitməklə” qavramağa imkan verir. Məlumata görə, texnologiya kor insanların müstəqil hərəkət etməsinə, velosiped sürməsinə və 15 metr məsafəyə qədər obyektləri ayırd etməsinə kömək edir. Layihə artıq patentləşdirilib, dövlət sınaqlarından keçib və Dünya Bankı ilə Astana Hub tərəfindən tanınıb.

Bununla belə, Qazaxıstan Əmək və Sosial Müdafiə Nazirliyi layihəni “prioritet olmayan” hesab edərək maliyyələşdirmədən imtina edib. Hazırda ixtiraçı cihazların istehsalını şəxsi imkanları hesabına davam etdirir.

Seçilən
19
Ajans.az

1Mənbələr