AZ

Bu dil bölünməyən torpağım oldu... Günün şeiri

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür.

Kulis.az şairi ürəkdən təbrik edir və "Günün şeiri" layihəsində onun "Sağ ol, ana dilim" şeirini təqdim edir.

Yollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.Barmağım altında düymə fırlanır,

Londonla, Parislə yanaşı Bakı…

Doğma sözlər üçün darıxan hanı?

Deyin qoy dinləsin: "Danışır Bakı!"Danışır, açılır ömrün baharı,

Dünyaya mən onun qoynundan uçdum.

Mənim ürəyimin antenaları

Gözəl Azərbaycan dilinə tuşdu.Döyüşdə qılınc tək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.Utansın tarixə dəllallıq edən,

Tarix qapısına açar sözlər var.

Pərdəni qaldırsan, beş-on kəlmədən

Qondarma cildlər tar-mar olar.Bu dildə sevincim, qəmim, kədərim

Təzə ümidlərə açılan səhər.

Bu dilin reaktiv təyyarələri

Araz sərhəddini qıran kəlmələr.İpək nəğmələrim gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən,

O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,

Sevginin yolunu saxlamaq olmaz!Sağ ol, ana dilim, ana öyüdüm,

Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim.

Hanı Xanım çaylar, hanı bəy göllər,

Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr

Xalqımın döyüşlər xəritəsidir.

Ala dağ, Qara dağ…di seç, di ayır,

Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüm yaşayır,

Oranı halalca yurdum sanmışam.

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri…

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağam!

Maykl Cekson haqqında yeni filmin nümayiş tarixi açıqlandı

Nihat Pirin ilk hekayələr kitabınin təqdimatı oldu

"Bu hekayə oxunub bitmir, insanın içində davam edir" - Sevil Hidayət

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
kulis.az

1Mənbələr