AZ

Natiq Cəfərli: “Küçələrdə yatan, bomj həyatı yaşayan insanların sayı çox azdır” – Azərbaycanda yoxsulluğun səviyyəsi 5%-ə enib?

“Yoxsulluq səviyyəsinin hesablanma qaydaları ilə bağlı problem var. Bu indikatorlar necə qoyulur, necə hesablanır? Son illərdə dəyişdirilibmi?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iqtisadiyyat naziri Mikayıl Cabbarovun səsləndirdiyi “Azərbaycan son 20 ildə yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub” fikrə münasibət bildirərkən deyib.

 

N.Cəfərli qeyd edib ki, Azərbaycanda çoxsaylı yoxsul insanların var olduğunu demək olmaz: “Bunu vizual olaraq da görmək mümkün deyil. Küçələrdə yatan, bomj həyatı yaşayan insanların sayı çox azdır. Amma Azərbaycanda yoxsulluğun hesablanma qaydaları yanlışdır. Beynəlxalq praktikaya uyğun olaraq hesablanmalıdır. Yoxsulluğun hesablanma qaydaları dəyişəndə təbii ki, rəqəm də artacaq. Hesablama indikatorları ilə bağlı hökumət yeni bir təqdimat keçirməlidir”.

 

Şəhanə Quliyeva

Tarix: 20 May 2026, 11:27   
Seçilən
23
1
pravda.az

2Mənbələr