1 saylı Kliniki Tibbi Mərkəzin həkimi anestezioloqu vəzifəsində çalışan Fətəli Fətəliyev vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, o, qəfil ürək tutmasından dünyasını dəyişib.
F.Fətəliyev 1999-cu ildən Klinik Tibbi Mərkəzdə çalışıb. O, 2016-cı ilə qədər KTM-in Anesteziologiya şöbəsinin müdiri, 2016-cı ildən isə mərkəzin anestezioloqu vəzifəsində işləyib.
Mərhum Qarabağ mühribəsi veteranı idi.
Allah rəhmət eləsin!
"Cebheinfo.az"