AZ

Haris Piplas: Planlaşdırma sadəcə bir rəsm və ya strategiya ilə bitmir, o, nəsillər boyu icra olunmalıdır

Bakı, 20 may, AZƏRTAC

Planlaşdırma, enerji mövzuları, mobillik, su idarəçiliyi, biomüxtəliflik və rəqəmsal aspektləri bir araya gətirmək olduqca önəmlidir.

AZƏRTAC xəbər verir ki, bunu İsveçrə Federal Texnologiya İnstitutunun nümayəndəsi Haris Piplas Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çərçivəsində keçirilən “Praktiki şəhər transformasiyası: Təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri” adlı tədbirdə deyib.

O bildirib ki, ATƏT regionundakı 10 fərqli hədəf şəhər üçün bir sıra profillərin hazırlanması üzərində işləyirlər. Bu şəhərlərdə sözügedən çoxölçülü çətinliklərlə bağlı mövcud vəziyyət olduğu araşdırılır. Planlaşdırma sadəcə bir rəsm və ya strategiya ilə bitmir, o, nəsillər boyu icra olunmalıdır.

Fotoqraf: Nicat Haşımov

Seçilən
36
azertag.az

1Mənbələr