AZ

Otlaq bahalaşır, yem bahalaşır, bununla da xərc artır İqtisadçı

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qurban bayramı ərəfəsində əvvəlki həftələrlə müqayisədə daha baha olur. Amma Qurban bayramı ilə əlaqəli bahalaşma bir-iki həftə sonra aradan qalxır. Ətin bahalaşmasının əsas səbəbi  bir sıra məqamlarla bağlıdır. Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni 2015-2016-cı illərlə müqayisə etsək, həmin dövrdə saxlanılan keçi qoyunun sayı 8,7-8,8 milyon baş idi. 2023-cü ilin axırına baxanda isə xırdabuynuzlu heyvanların sayı 7,8 milyon başa düşdüyünü görürük. Təqribən 9 min baş heyvan azalıb, bu da 10 faizdən çox azalma deməkdir. Əhalinin ət istehlakına baxanda 2015-2016-cı illə müqayisədə 2023-2024-cü illərdə bizim ət istehlakımız (qoyun, keçi əti) əksinə 20 faiz bahalaşıb. Bir tərəfdən qoyunların sayı azalıb, digər tərəfdən  daha çox tələbat artıb. Çünki əhalinin sayı artıb, bu da istehlakı artırır”.

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli söyləyib.. Onun sözlərinə görə, qoyunun, keçinin azalmasının səbəbi həm də otlaq sahələrinin azalmasıdır:  

“Otlaq sahələrinin azalması da iki səbəbdən olur. Birincisi, əkinçilik, bağçılığın salınmasıdır. Bunların hamısı qoyunların otlaq yerinin azalmasına gətirib çıxarıb. Bakıətrafı sahələrdə də çox yer çöllük idisə, indi evlər tikilib. Yəni otlaq yerlərinin sayı bu səbəblərdən azalıb. Otlaq yerlərinin azalmasının ikinci səbəbi isə şoranlaşma, iqlim dəyişikliyi, kultivasiya sistemlərinin düzgün edilməməsi ilə bağlıdır, bu da torpağın şoranlaşmasına səbəb olan amillərdəndir.  Göyçay, Ağdaş, Ağsuda torpaq ağappaqdır. Digər tərəfdən insanların şəhərə meyllənməsi ilə ev təsərrüfatı ilə məşğul olmurlar. Təbii ki, qiymətlərin artması insanların bu işə yenidən qayıtmasına həvəsləndirəcək. Amma bunu bir müddət sonra görəcəyik. Digər bir məqam həmin periodda həm də yemin bahalaşmasıdır. Otlaq bahalaşır, yem bahalaşır, bununla da xərc artır. Xərclər də çoxdur, tələbat da yuxarıdır”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
525.az

1Mənbələr