AZ

ABŞ İranla müharibədəki itkilərini açıqladı - 42 təyyarə və PUA

ABŞ Hərbi Hava Qüvvələri İranla münaqişə zamanı ümumilikdə 42 təyyarə və PUA itirib.

Ölkə.az xəbər verir ki, bu barədə məlumat Konqres Tədqiqat Xidmətinin (CRS) hesabatında yer alıb. 

Sənəddə qeyd olunub ki, hərbi əməliyyat zamanı ən çox  PUA itkisi olub: “24 ədəd MQ-9 Reaper hücum və kəşfiyyat PUA-sı, eləcə də bir ədəd MQ-4C Triton kəşfiyyat dronu məhv edilib”, - hesabatda qeyd olunub.

Hesabatda həmçinin bildirilir ki, hərbi əməliyyatlar zamanı Hərbi Hava Qüvvələrinin tanker donanmasına ciddi ziyan dəyib. Belə ki, əməliyyatlar zamanı Hərbi Hava Qüvvələri 7 ədəd KC-135 Stratotanker təyyarəsini, 4 ədəd F-15E Strike Eagle qırıcı-bombardmançı təyyarəsi və 1 ədəd A-10 Thunderbolt II hücum təyyarəsini itirib.

Axtarış-xilasetmə əməliyyatları zamanı ABŞ ordusu yerdəki iki MC-130J Commando II xüsusi əməliyyat təyyarəsini qəsdən məhv edib. HH-60W Jolly Green II helikopteri də zədələnib.
Hesabatda həmçinin E-3 Sentry havadan erkən xəbərdarlıq təyyarəsinə və ən son beşinci nəsil F-35A Lightning II qırıcı təyyarəsinə dəyən ziyandan bəhs olunur.

Mürtəza

Seçilən
15
39
olke.az

10Mənbələr