AZ

İnsanlar niyə bəzən özlərinə zərər verən seçimlər edir?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son dövrlərdə gənclərin sosial mediada yaydığı yeni trend diqqət çəkir.

“Rot day” (çürümə günü) adlanan bu axın gənclər arasında sürətlə populyarlaşır. Trendin əsas məğzi bütün günü yataqda keçirərək sosial həyatdan uzaqlaşmaq, saatlarla telefon və internetdə vaxt keçirməkdən ibarətdir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, xüsusilə “TikTok” platformasında yayılan videolarda gənclər “heç nə etmədən dincəlmək” və “özünü yenidən toplamaq” üçün bu üsula üstünlük verdiklərini bildirirlər.

İş, təhsil, ailə təzyiqləri və gündəlik məsuliyyətlərdən yorulduğunu deyən bəzi gənclər “Rot day”i (çürümə günü) özlərinə vaxt ayırmaq və psixoloji olaraq rahatlama üsulu kimi qiymətləndirirlər.

Lakin mütəxəssislər bu trendin zərərli tərəflərinin də olduğunu vurğulayırlar. Onların sözlərinə görə, saatlarla yataqda qalmaq və fasiləsiz sosial media izləmək insanı qısa müddətlik stressdən uzaqlaşdırsa da, günün sonunda daha yorğun və emosional olaraq tükənmiş hiss etdirə bilər.

Psixoloqlar bildirirlər ki, nizamsız yuxu rejimi və davamlı onlayn həyat tərzi bu vəziyyəti daha da ağırlaşdıra bilər.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, uzun müddət insanlardan uzaq qalmaq, yataqdan çıxmaq istəməmək və gündəlik işlərə marağın azalması bəzi hallarda depressiya və ya təşviş pozuntusunun ilkin əlamətlərindən biri ola bilər.

Sosial şəbəkələrdə trendə çevrilən “Rot day” (çürümə günü) axını bir tərəfdən gənclərin psixoloji yorğunluğunu ortaya çıxarsa da, digər tərəfdən rəqəmsal həyatın yaratdığı təzyiqin miqyasını da göstərir.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr