AZ

“Barselona” üç futbolçu ilə yollarını ayıra bilər

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsində üç futbolçu ilə vidalaşa bilər.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “göy-qırmızılar”ın rəhbərliyi müdafiəçi Ektor Fort, yarımmüdafiəçi Mark Kasado və hücumçu Ferran Torreslə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Kataloniya təmsilçisi mümkün transferlərdən əldə olunacaq gəlirlə yeni futbolçular heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, “Barselona” 2025/2026 mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib. Hans-Diter Flikin komandası mövsümdə son matçını mayın 23-də səfərdə “Valensiya”ya qarşı keçirəcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr