Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Rusiyanın Sovet İmperiyasını keçmiş sərhədlərində bərpa etmək üçün Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi onun insanlığın və bəşəri dəyərlərin gələcəyinə dair əsl niyyətini ifşa etdi.
Lakin imperiya öz sərhədləri daxilində də xalqlara qarşı böyük cinayətlər törədib və törətməkdədir. Bu kontekstdə çərkəzlərə qarşı törədilmiş tarixi cinayətlər unudulmamalıdır”.
Bu, Demokratiya Naminə Ukraynaya Dəstək Platformasından “Cebheinfo.az”-a daxil olan bəyanatda bildirilir.
“Rusiya İmperiyasının 1763-1864-cü illərdə Qafqazda apardığı işğalçılıq müharibəsi zamanı Çərkəzlərin (Adıgey) kütləvi şəkildə məhv edilməsini soyqırımı, insanlığa qarşı cinayət kimi qiymətləndirir və bəyan edir:
Demokratiya Naminə Ukraynaya Dəstək Platforması xatırladır ki, bir çox müasir tarixçi və soyqırımı araşdırmaçısı bu hadisələri etnik təmizləmə və soyqırımı kimi qiymətləndirir. Tarixçi Walter Richmond özünün “The Circassian Genocide” əsərində Rusiyanın məqsədli şəkildə çərkəz əhalisini bölgədən məhv və sürgün etdiyini qeyd edir.
Araşdırmaçı Ansi Kullberg isə bu siyasəti müasir etnik təmizləmənin ilkin nümunələrindən biri adlandırır. Beynəlxalq hüquq və soyqırımı araşdırmaları sahəsində çalışan alimlər də hadisələrin BMT Soyqırımı Konvensiyasının meyarlarına uyğun gəldiyini vurğulayırlar. Bu mövqe yalnız akademik çevrələrdə deyil, siyasi səviyyədə də dəstək qazanmışdır”,-deyə bəyanatda qeyd olunur.
Gürcüstan parlamenti 2011-ci ildə, Ukrayna Ali Radası 2025-ci ildə Rusiya İmperiyasının çərkəzlərə qarşı siyasətini soyqırımı kimi tanıyıb.
Gürcüstan və Ukrayna parlamentlərinin bu qərarlarının məntiqi davamı olaraq Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bəyan edir:
1. Çərkəzlərin (Adıgey) kütləvi şəkildə məhv edilməsi və tarixi vətənlərindən zorla qovulması Rusiya İmperiyasının dövlət siyasətinin nəticəsi olduğu üçün soyqırımıdır;
2. Çərkəzlərin 90 faizinin ölümü və doğma vətənlərindən qovulması Rusiya İmperiyası tərəfindən törədilmiş soyqırımlarından biri və insanlığa qarşı törədilmiş cinayətdir;
3. Çərkəzlərin repatriasiya və öz müqəddəratını təyin etmək hüququnu tanıyır, beynəlxalq ictimaiyyəti anoloji addım atmağa çağırır,
Rusiya İmperiyasının davamı olan Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsini təmin etməyi tələb edir.
Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Azərbaycan xalqını 21 mayı bütün çərkəz xalqı ilə birlikdə Xatirə və Ümid Günü olaraq qeyd etməyə çağırır.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.