AZ

Kişilər haqqında dediyi sözlər müzakirə yaratdı, deputat da tərəfini tutdu

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İlon Mask sosial şəbəkələrlə bağlı etdiyi açıqlama ilə yenidən gündəm olub. O, “Instagram” platformasının daha çox qızlar üçün nəzərdə tutulmuş bir mühitə çevrildiyini iddia edib. Mask bildirib ki, bəzi oğlanların paylaşdığı fotolara baxanda onlara zarafatla “Cinsiyyət dəyişdirirsən?” demək istədiyini deyib. Onun bu sözləri sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olub. Bir qisim istifadəçi bunu sərt yumor və ironik yanaşma kimi qiymətləndirsə də, digərləri açıqlamanın stereotipləri gücləndirdiyini və təhqiredici məna daşıdığını düşünür.Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ İlon Mask tərəfindən dilə gətirilirsə, deməli, burada müəyyən həqiqət payı var:“Platformada belə tendensiyanın mövcudluğu müşahidə olunur. Biz də bunu müşahidə edirik. Yəni, bu, elə-belə deyilmiş bir fikir deyil. Əlbəttə, burada müəyyən gözləntilər və fərqli yanaşmalar ola bilər, amma real vəziyyət ondan ibarətdir ki, daha çox bu kateqoriyaya aid insanlar öz reklamlarını qururlar. Eyni zamanda, daha çox peşə fəaliyyəti ilə bağlı reklamlar məsələn, mebel, restoran və fərdi xidmət sahələrinə aid elanlar üstünlük təşkil edir. Ona görə də bu qiymətləndirmə təsadüfi səslənmir. İlon Maskın bu sahədə təcrübəsi bizdən qat-qat çoxdur və o, platformaların iş prinsipini, reklam mexanizmlərinin necə fəaliyyət göstərdiyini yaxşı bilir. Görünür ki, bu istiqamətdə səsləndirilən açıqlama da məhz bu reallıqdan qaynaqlanır. Məncə, bu fikir müəyyən gerçəkliyin ifadəsidir və bunu da reallıq kimi qəbul etmək lazımdır. Buradan hansısa əlavə məna çıxarmağa və ya məsələyə neqativ yanaşmağa ehtiyac yoxdur. Açığı, belə düşüncələrin nəyə əsaslandığını anlamaq çətindir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
demokrat.az

1Mənbələr