AZ

İcraçı direktor: WUF13-də ümumilikdə səkkiz müxtəlif təşkilatı təmsil edirik

Bakı, 20 may, AZƏRTAC

WUF13-də Monqolustan Şəhər Mərkəzləri Assosiasiyasını təmsil edirəm. Keçirilən sessiya çərçivəsində biz ümumilikdə səkkiz müxtəlif təşkilatı təmsil edirik.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı Cənub Şəhər Həlləri QHT-si təşkilatının icraçı direktoru Sodçimeq Davaa söyləyib.

Təşkilatları haqqında məlumat verən nümayəndə deyib: “Əsasən şəhərsalma və planlaşdırma prosesində icma iştirakına dair biliklərin yayılması istiqamətində fəaliyyət göstəririk. Həmin işlər dövlət və özəl sektorları, eləcə də vətəndaş cəmiyyəti institutlarını əhatə edir”.

Müxbir - Fidan Əlizadə
Videoperator - Mir Rəsul Cəfərov
Seçilən
4
3
azertag.az

4Mənbələr