AZ

Sən mənim ən həssas yerimsən Fotolar

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aparıcı Aytəkin Mərdanova qızı Nərgizlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, övladının ad günü olduğunu bildirib. Aytəkin birlikdə olan fotolarını yayımlayaraq bunları yazıb:

“Düz 12 il əvvəl həyatımın ən qiymətli hədiyyəsi, əvəzolunmaz sevgisi, gözəl gözlü Nərgizim dünyaya göz açdı. Sanki dünən balaca əllərindən tutub ilk addımlarını izləyirdim, indi isə qarşımda xəyalları, düşüncələri böyüyən gözəl bir qız dayanıb. Gözəl qızım, sən doğulduğun gündən bu yana mənim dünyaya baxışım dəyişib. Artıq hər addımımda səni düşünürəm, hər duamda adın var. Həyəcanımın da, sevincimin də səbəbi sənsən. Sən mənim ən həssas yerimsən, Nərgizim. Həyatın həmişə üzün kimi işıqlı, qəlbin kimi gözəl olsun. Heç vaxt gülüşün solmasın, arzuların yarım qalmasın. Bil ki, sən nə qədər böyüsən də, mənim üçün həmişə o şirin baxışlı, gül qoxulu balaca qızım olaraq qalacaqsan. Səni çox sevirəm, Nərgizim. Doğum günün mübarək Nərgizim”.

Qeyd edək ki, aparıcının Fərid adlı bir övladı da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
axsam.az

1Mənbələr