AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya

Qlobal fond bazarlarında əsas indekslər son 24 saatda fərqli istiqamətdə dəyişib.

ABŞ fond bazarlarında əsas indekslər üzrə əsasən mənfi dinamika müşahidə olunub. Dow Jones indeksi 0,65% azalaraq 49 363,88 bəndə enib. S&P 500 indeksi 0,67% geriləyərək 7 353,61 bənd təşkil edib. Nasdaq Composite indeksi 0,84% azalaraq 25 870,71 bəndə, NYSE Composite indeksi isə 0,45% azalaraq 22 797,68 bəndə düşüb. Kanada fond bazarında S&P/TSX Composite indeksi də 0,27% azalaraq 33 741,24 bənd olub.

Avropa fond bazarlarında qarışıq dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,04% artaraq 5 851,16 bəndə yüksəlib. FTSE 100 indeksi 0,07% artaraq 10 330,55 bəndə, DAX indeksi isə 0,38% artaraq 24 400,65 bəndə çatıb.

Asiya-Sakit okean regionu fond bazarlarında da qarışıq dinamika müşahidə olunub. Nikkei 225 indeksi 0,43% azalaraq 60 555,00 bəndə düşüb. TOPIX indeksi 0,59% artaraq 3 849,02 bəndə, Hang Seng indeksi 0,39% bahalaşaraq 25 774,26 bənd yüksəlib.

Seçilən
7
9
xalqcebhesi.az

10Mənbələr