AZ

Bakıdan Tbilisiyə gedəcək qatarın FOTOLARI

Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.

News365.az-ın məlumatına görə, qatarda yataq tipli vaqonlar və restoran var.

Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.

Xatırladaq ki, Bakı-Tbilisi-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.

 

Seçilən
7
9
news365.az

10Mənbələr