Bakıda azyaşlı eyvandan yıxılıb.
Metbuat.az xəbər verir ki, hadisə Nizami rayonu, Şirin Mirzəyev küçəsi 81 ünvanında qeydə alınıb.
Məlumata görə, azyaşlı yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin məlumata əsasən, azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb və ona tibbi yardım göstərilir.