AZ

Putin və Si Szinpin Pekində görüşüb

AzVision.az Çin mətbuatına istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimi ilə başlayan görüşdə prezidentlər ikitərəfli strateji tərəfdaşlıq və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşün açılış hissəsində çıxış edən dövlət başçılarının bəyanatlarında mühüm məqamlar yer alıb.

Vladimir Putinin bildirib ki, Rusiya ilə Çin arasındakı münasibətlər tarixdə görünməmiş ən yüksək səviyyəyə çatıb. İki ölkənin əməkdaşlığı qlobal sabitliyin qorunmasında mühüm rol oynayır. Ölkələr arasında iqtisadi əlaqələr yüksək artım dinamikası nümayiş etdirir. Yaxın Şərqdə davam edən böhrana baxmayaraq, Rusiya etibarlı enerji tədarükçüsü statusunu qoruyur.

Si Szinpinin bəyan edib ki, Çin və Rusiya daha ədalətli və ağlabatan qlobal idarəetmə sisteminin və beynəlxalq düzənin qurulmasını birgə təşviq etməlidir. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin mövcud səviyyəsi qarşılıqlı siyasi etimadın və strateji əməkdaşlığın dərinləşməsinin nəticəsidir.

1999-cu ildən bəri Rusiyaya rəhbərlik edən 73 yaşlı Vladimir Putin cari 6 illik prezidentlik müddətini başa vuracağı təqdirdə, İosif Stalini geridə qoyaraq 18-ci əsrdə hakimiyyətdə olmuş imperatriça II Yekaterinadan sonra Rusiyanın ən uzunmüddətli rəhbəri olacaq. Ötən ay keçirilən sosioloji rəylərə görə, Putinin ölkədaxili reytinqi 65.6% səviyyəsində qərarlaşıb.

M. Həsənli
AzVision.az

Seçilən
52
azvision.az

1Mənbələr