AZ

Sakinlərə ŞAD XƏBƏR: Bakı ilə bağlı gözlənilən proses başlayır – Qərar

Son günlər Bakıda və Abşeron yarımadasında güclü və davamlı yağışların artması diqqət çəkir. May ayında belə intensiv yağıntılar artıq şəhər üçün yeni reallığa çevrilir. Hətta artıq paytaxtı Londonla müqayisə edənlər də var. Belə ki, orada il boyu davamlı yağışlar müşahidə edilir, bu isə şəhər həyatının və infrastrukturun iqlimə uyğun qurulmasını şərtləndirir. Hazırda Bakı üçün də oxşar uyğunlaşma zərurəti gündəmə gəlib.

Şəhər təsərrüfatı, aidiyyəti qurumlar buna necə hazırlaşmalıdır? Üstəlik yeni tikilən yaşayış massivlərində bu amil necə nəzərə alınacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan tanınmış memar, professor Cahid Həsənov bildirib ki, yağıntıların artması və iqlim dəyişiklikləri mövcud infrastrukturun tam hazır olmadığını göstərir:

“Artıq Bakıda kanalizasiya sisteminin tam yenidən qurulmasına dair dövlət səviyyəsində qərar verilib, bunun üçün böyük maliyyə vəsaiti ayrılıb. Hazırda proses başlanıb və tamamlanana qədər belə hallarla üzləşmək mümkün olacaq.

Paytaxtın mövcud kanalizasiya sistemi illər əvvəl təxminən 1–1,5 milyon nəfərlik yük üçün hesablanmışdı. Halbuki indi əhali sayı və şəhər yüklənməsi dəfələrlə artıb. İctimai iaşə obyektlərinin çoxalması və urbanizasiya da bu sistemi əlavə təzyiq altında saxlayır. Eyni zamanda, mövcud infrastrukturun böyük hissəsi istismar müddətini başa vurub. Onlar vaxtilə Sovet dövründə tətbiq olunan köhnə texnologiyalarla inşa edilib”.

Ekspert bildirib ki, qeyd edilən səbəblərə görə sistemin yenilənməsi uzunmüddətli prosesdir:

“2–3 ayda tamamlanması mümkün olan işlər deyil. Bunlar mərhələli şəkildə həyata keçiriləcək. Müvəqqəti həll kimi isə ən çox sel və su basqını riski olan ərazilərdə əvvəlcədən suötürücü qurğuların quraşdırılması vacibdir. Yeni sistem tam qurulana qədər bu tədbirlər mövcud fəsadların azaldılmasına kömək edə bilər”.

Seçilən
32
1
konkret.az

2Mənbələr