AZ

Bakıdan Tbilisiyə bu qatarla gediləcək - FOTO

Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, qatarda yataq tipli vaqonlar və restoran var.

Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.

Xatırladaq ki, Bakı-Tbilisi-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.

22222222
Seçilən
3
9
redaktor.az

10Mənbələr