AZ

Bakının bu küçələrində sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hazırda:
 
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 
3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 
5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 
7. "20 Yanvar" dairəsində;
 
8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 
9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Seçilən
9
49
moderator.az

10Mənbələr