AZ

Ekspertdən dollarla bağlı yeni proqnoz

2026-cı ilin sonunda dolların məzənnəsinin 90 rubl (plus-minus 2-3 rubl) səviyyəsində olacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə “Qarda Kapital” şirkətinin investisiya strateqi Aleksandr Baxtin Gazeta.ru-ya müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, bu, hazırda Rusiya maliyyə bazarında böyük banklar və brokerlərin konsensus proqnozudur:

“Məntiq sadədir: dekabr ayına qədər uçot dərəcəsinin 11–12%, rubl əmanətlərinin gəlirliliyinin isə 9–10% civarında olması gözlənilir. Eyni zamanda, Maliyyə Nazirliyi büdcə qaydası ilə tam işləyir və idxal ötən ilin səviyyəsinə bərpa olunur. Bütün bunlar dolların hazırkı 74 rubl səviyyəsindən yarım ildən az müddətdə 85–90 rubla qədər tədricən yüksəlməsinə səbəb olacaq”.

A. Baxtinə görə, neftin qiyməti yüksək qalarsa, dollar 85–88 rubla, əksinə, mənfi ssenari reallaşarsa və uçot dərəcəsi sürətlə aşağı düşərsə, məzənnə 95–100 rubla qədər arta bilər.

Seçilən
35
publika.az

1Mənbələr