AZ

Pentaqon Avropadakı döyüş briqadalarının sayını azaldır

ABŞ Avropada yerləşən briqada döyüş qruplarının sayını dörddən üçə endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell açıqlayıb:

"ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən briqada döyüş qruplarının ümumi sayını dörddən üçə endirib. Bu, bizi Avropadakı 2021-ci il briqada döyüş qruplarının sayına qaytarır".

O, əlavə edib ki, qərar "ABŞ qüvvələrinin Avropadakı mövqeyinin hərtərəfli və çoxqatlı nəzərdən keçirilməsindən sonra" verilib.

Parnell əlavə edib ki, Avropadakı Amerika qoşunlarının sayının azaldılması qərarı "Amerika qüvvələrinin Polşaya yerləşdirilməsini gecikdirəcək": "Nazirlik ABŞ-ın strateji və əməliyyat ehtiyaclarının, eləcə də müttəfiqlərimizin Avropanın müdafiəsinə töhfə vermək qabiliyyətinin daha ətraflı təhlili əsasında bu və digər Amerika qüvvələrinin Avropadakı son konfiqurasiyasını müəyyən edəcək".

O qeyd edib ki, müdafiə naziri Pit Heqset Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış ilə telefonla danışıb və ABŞ-ın ölkədə "hərbi mövcudluğunu qorumağa" hazır olduğunu vurğulayıb. Parnell həmçinin Polşanın "özünü müdafiə etmək qabiliyyətini və istəyini nümayiş etdirdiyini" bildirib: "Digər  NATO müttəfiqləri də eyni şeyi etməlidir".

Musavat.com

Seçilən
66
1
musavat.com

1Mənbələr