AZ

Məşhur məşqçi ilə bağlı qalmaqal:

Rumıniya Gimnastika Federasiyası məşhur məşqçi Kameliya Voyneanın fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, belə qərar onun tələbələri tərəfindən fiziki və emosional zorakılığa görə şikayətlərindən sonra verilib. Bununla bağlı istintaq başlayıb.

Bu barədə “Eurosport.ro” məlumat yayıb.

Bir neçə ay əvvəl bir sıra idmançılar məşqçilərinin məşq zamanı çox kobud davrandığını təsdiqləyiblər.

Rumıniya komandasının əsas gimnastları Denis Qolqota, Mara Çellinski və Anamariya Mixesku onun hərəkətlərindən ictimaiyyət qarşısında şikayət etdilər.

Seçilən
108
publika.az

1Mənbələr