AZ

Rusiyada kişinin mədəsindən 227 yad cisim çıxarıldı

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada Volqoqrad həkimləri mədəsində və qida borusunda 200-dən çox yad cisim aşkarlanan kişiyə unikal əməliyyat həyata keçiriblər.

Oxu.Az rg.ru-ya istinadən bildirir ki, bu barədə Volqoqrad vilayətinin Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata əsasən, 50 yaşlı pasiyent mədə-bağırsaq qanaxması şübhəsi ilə şəhərdəki 25 nömrəli xəstəxanaya yerləşdirilib. Lakin aparılan müayinələr hətta təcrübəli həkimləri də heyrətləndirib. Belə ki, kişinin mədəsində və qida borusunda ümumilikdə 227 yad cisim aşkarlanıb.

Tapılan əşyalar arasında müxtəlif nominallı sikkələr, 11 qayka və iki qapı rəzəsi də olub.

"Əməliyyatın unikallığı ondadır ki, müdaxilə minimal invaziv endoskopik üsulla - yəni kəsik və ağır cərrahi əməliyyat olmadan həyata keçirilib. Bu yanaşma travmanı minimuma endirməyə və pasiyentin daha sürətli sağalmasına imkan verib", - deyə Volqoqrad həkimləri bildiriblər.

Qeyd olunub ki, pasiyentin təhlükəsizliyini maksimum təmin etmək və riskləri azaltmaq məqsədilə müalicə bir neçə mərhələdə aparılıb.

Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, o, sağalma prosesini davam etdirir və həyatı üçün təhlükə yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
sherg.az

1Mənbələr