İspaniya La Liqasının nəhənglərindən olan "Barselona" yay transfer pəncərəsi öncəsi müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Çelsi" klubunda çıxış edən sol cinah müdafiəçisi Mark Kukurelyanın transferini ciddi şəkildə nəzərdən keçirir.
İspaniya mətbuatının yaydığı son məlumatlara görə, "göylər" 27 yaşlı ispaniyalı futbolçunun satışı üçün təxminən 50 milyon avro dəyərində rəsmi təklif gözləyir.
Dünyaca məşhur "Transfermarkt" portalında da bazar dəyəri tam 50 milyon avro olaraq göstərilən təcrübəli oyunçunun yenidən vətəninə qayıtmağa müsbət yanaşdığı bildirilir.