AZ

Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi

“Sauthempton” casusluq qalmaqalına görə Çempionşipin pley-off mərhələsindən rəsmən uzaqlaşdırılıb.

KONKRET.az xəbər verir ki, qərarı liqanın intizam komitəsi qəbul edib. Klubun bir neçə rəqib komandanın məşqlərini gizli izlədiyi müəyyən olunub.

Cəza təkcə pley-offdan kənarlaşdırılma ilə bitməyib. “Sauthempton” yeni mövsümə 4 xal silinməsi ilə başlayacaq.

Qərara əsasən, finalda “Sauthempton”un yerini yarımfinalda ona məğlub olan “Midlsbro” tutacaq. Komanda “Hall” ilə Premyer Liqaya yüksəliş uğrunda həlledici matça çıxacaq. (qol.az)

Seçilən
6
2
konkret.az

3Mənbələr