AZ

İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə keçirilib

Tel-Əviv ABŞ-nin İrana yaxın günlərdə zərbə endirə biləcəyi ssenarinə hazırlaşır...

İsrail ordusu ABŞ-nin yaxın günlərdə İrana qarşı mümkün əməliyyatını gözləyərək ən yüksək döyüş hazırlığı vəziyyətinə keçirilib.

Poliqon xəbər verir ki, İsrailin 12-ci kanalı bu barədə məlumat yayıb.

Reportajda qeyd edilir ki, prezident Donald Trampın İrana planlaşdırılan hücumu təxirə saldığını açıqlaması Tel-Əvivi birdən-birə yaxaladı. İsrail bu qərar barədə yalnız son dəqiqədə məlumatlandırılıb. 12-ci kanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Trampın yaxın günlərdə İrana zərbə endirmək əmrini verəcəyi ssenarinə hazırlaşır.

Məlumata görə, İsrail və ABŞ döyüş əməliyyatlarının son mərhələsinin birgə təhlilini artıq başa çatdırıblar. Hazırda hava üstünlüyünün qorunması tədbirləri də daxil olmaqla, hər hansı gələcək zərbənin geniş miqyaslı olmasını təmin etmək üçün addımlar atılır.

Qeyd edək ki, bu məlumatlar regionda gərginliyin yenidən kəskin şəkildə artdığını göstərir. İsrailin belə yüksək hazırlıq vəziyyətinə keçirilməsi hər iki ölkənin İrana qarşı birgə hərəkət planlarını ciddi şəkildə koordinasiya etdiyinin göstəricisi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr