AZ

İranla müharibədə ABŞ Hərbi Hava Qüvvələri ümumilikdə 42 uçuş aparatı itirib

İtkilər arasında F-15E və F-35A qırıcıları, habelə MQ-9 Reaper və MQ-4C Triton pilotsuz aparatları var...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatına əsasən, İrana qarşı aparılan hərbi əməliyyat zamanı ABŞ Hərbi Hava Qüvvələri ümumilikdə 42 uçuş aparatı itirib.

Hesabata görə, məhv edilən texnikalar arasında 24 ədəd MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz aparatı və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 1 ədəd MQ-4C Triton kəşfiyyat pilotsuz aparatı yer alır. Bunlardan əlavə, 7 ədəd KC-135 Stratotanker yanacaqdoldurma təyyarəsi də döyüş sıralarından çıxıb. ABŞ həmçinin 4 ədəd F-15E Strike Eagle qırıcı-bombaaratan təyyarəsi və A-10 Thunderbolt II hücum təyyarəsini itirib.

Amerika hərbçiləri 2 ədəd MC-130J Commando II xüsusi əməliyyatlar təyyarəsini isə özləri qəsdən məhv ediblər. Zədə alan texnikalar sırasında E-3 Sentry (AWACS) erkən xəbərdarlıq-idarəetmə təyyarəsi, HH-60W Jolly Green II helikopteri və beşinci nəsil F-35A Lightning II qırıcısı yer alır.

Ekspertlər qeyd edir ki, bu itkilər ABŞ hərbi-texniki potensialına ciddi zərbə vurub və müdafiə sənayesinin istehsal gücünün artırılması zərurətini bir daha gündəmə gətirib.

Poliqon.info

Seçilən
68
39
poliqon.info

10Mənbələr