AZ

ABŞ bu ölkəyə hücumu nəzərdən keçirir -

Tramp administrasiyası Kubaya qarşı hərbi əməliyyat variantını əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, "Politico"ya danışan mənbələr belə iddia irəli sürüblər. Məlumata görə, ABŞ Kubaya qarşı iqtisadi və diplomatik təzyiqlərin uğursuzluğu səbəbindən hərbi variantı nəzərdən keçirir.

Adı açıqlanmayan rəsmi, “Əvvəlcə elə hesab olunurdu ki, Kubanın rəhbərliyi zəifdir. ABŞ-nin İran və Venesuelaya qarşı tətbiq etdiyi sərt sanksiyaların uğurlu olması və bu ölkələrə qalib gəlməsi kubalıları qorxutmalı və onları geri addım ataraq ABŞ ilə razılaşmağa məcbur etməli idi. Lakin hadisələr gözlənildiyi kimi getmədi: İrandakı vəziyyət dəyişdi və Kubanın sanksiyalara qarşı düşünüldüyündən güclü olduğu bəlli oldu. Buna görə də, hərbi müdaxilə əvvəlkindən daha çox gündəmdədir”, - deyə bildirib.

Seçilən
63
metbuat.az

1Mənbələr