Alimlər gecə yatmazdan əvvəl telefona baxmağın insan psixologiyası və yuxu rejimi üzərindəki qorxulu təsirlərini izah ediblər.
Redaktor.az xəbər verir ki, son araşdırmalarda smartfon ekranlarının yaydığı "mavi işıq" beynə hələ də gündüz olduğu siqnalını verir. Bu isə yuxu hormonu olan melatoninin ifrazını tamamilə bloklayır. Nəticədə insan yuxuya getsə belə, beynin dərin yuxu fazasına keçməsi çətinləşir.
Neyrobioloqlar xəbərdarlıq edir ki, dərin yuxunun keyfiyyətsiz olması növbəti gün xroniki yorğunluq, diqqət dağınıqlığı, stress və hətta depressiv vəziyyətlərə yol açır. Uzunmüddətli yuxusuzluq isə bədənin immunitetini sıfıra endirir.
Həkimlər yuxu keyfiyyətini bərpa etmək üçün qızıl qaydanı açıqlayıblar: yatmazdan ən azı 1 saat əvvəl bütün ekranlı cihazlardan uzaq durmaq və otağı tam qaranlıq etmək.
Xədicə BAXIŞLI