AZ

Gədəbəydə örüş sahələri ilə bağlı PROBLEM - VİDEO

Əsas məşğuliyyəti heyvandarlıq olan kənd sakinləri örüş sahələrinin çəpərləndiyini iddia edirlər.

 

Gədəbəy rayonun Şahdağ kəndinin sakinləri bildirirlər ki, heyvanların otlaq sahələri çəpərlənir, yaylaqlara gedən yollar bağlanıb.

 

 Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov  sorğumuza cavab olaraq bildirib ki, Gədəbəy rayonunun Şahdağ kəndi ərazisində aparılan çəpərləmə işləri örüş sahələrində deyil, dövlət meşə fonduna aid ərazilərdə mühafizə məqsədilə həyata keçirilir. Qeyd olunan ərazi 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Saratovka meşəbəyliyinin 6 və Şınıx meşəbəyliyinin 10 saylı meşə dolaylarının ərazisidir. Meşəyə mal-qaranın daxil olması nəticəsində təbii cücərtilər və yeniyetmə pöhrələr zədələnib, bu isə meşələrin təbiibərpa prosesinin ləngiməsinə səbəb olub. Hazırda ərazidə təbii bərpanın təmin olunması və cücərtilərin mal-qara tərəfindən məhv edilməsinin qarşısının alınması üçün mühafizə məqsədilə çəpərləmə işləri həyata keçirilir.

 

Əksər sakinlər isə kənd bələdiyyəsinin yaylaq ərazilərini  fərdi şəxslərə satmaqda ittiham edirlər.  Şahdağ kənd bələdiyyəsinin sədri Zahid Vəliyev açıqlamasında bildirib ki, qeyd olunan ərazilər bələdiyyə balansında deyil və ərazidə heç bir torpağın satışı icra olunmayıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 19 May 2026, 23:42   
Seçilən
31
pravda.az

1Mənbələr