AZ

Sakit okean yaxınlığında güclü zəlzələOLDU

Sakit okeanda, Vanuatu ada dövlətinin sahillərində 5,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 51 kilometr cənub-qərbdə yerləşib. Qeyd edək ki, paytaxt əhalisinin sayı təxminən 36 min nəfərdir. Yeraltı təkanların ocağı 27 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və xəsarət alanlar barədə hələlik hər hansı bir məlumat daxil olmayıb.

Xatırladaq ki, bir qədər əvvəl Papua-Yeni Qvineyada da 5,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələnin episentri Port-Morsbi şəhərindən 334 kilometr şimalda qeydə alınmış və heç bir dağıntıya səbəb olmamışdı.

Xədicə BAXIŞLI

Seçilən
0
1
redaktor.az

2Mənbələr