AZ

Yaradıcı sənaye şəhərin ayrılmaz hissəsi olmalıdır Rəşad Əzizov

Azvision saytına istinadən ain.az xəbər verir.

Bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib. O bildirib ki, studiyalar, media laboratoriyaları, emalatxanalar, istehsal məkanları, yaradıcı guşələr və ictimai məkanlar mədəni iqtisadiyyatın iş məkanları kimi şəhərsalma və şəhər inkişafı proseslərinin ayrılmaz hissəsi olmalıdır. “UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Azərbaycan üçün yalnız beynəlxalq tanınma deyil, həm də icra, monitorinq, müqayisəli qiymətləndirmə, təcrübə mübadiləsi və yaradıcı icmaların dayanıqlı inkişafını dəstəkləyən işlək mexanizm olmalıdır”, - deyə R.Əzizov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
azvision.az

3Mənbələr