AZ

WUF13-dən xatirə üçün nə almaq olar və neçəyə? - REPORTAJ, FOTOLAR

Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyətə başlayan “Urban Expo”sərgisində maraq doğuran məkanlardan biri də BMT-nin rəsmi satış guşəsi “UN Shop” dur.

Musavat.com-un əməkdaşı sərgi zonasında yerləşən mağazada satılan məhsullarla tanış olub. Burada BMT və UN-Habitat loqolu müxtəlif aksesuarlar, geyimlər və suvenirlər nümayiş etdirilir.

Əsasən “It’s time to house the world” şüarı ilə hazırlanmış xüsusi kolleksiya təqdim olunur. Ziyarətçilər köynəklər, hudilər, dəftərlər, fincanlar, açarlıqlar, çantalar, termoslar və rəngləmə kitabları ala bilirlər.

7c44548c-6b15-4621-bff6-c0080e5bb963.jpeg

Qiymətlər isə dollar və manatla göstərilib. Məsələn:

WUF13 loqolu футболkalar – 25 dollar (43 manat);

UN-Habitat köynəkləri – 20 dollar (34 manat);

Hudilər 25-30 dollar;

Dəftərlər 10-15 dollar

Boyama kitabları 10 dollar;

Termos və fincanlar 10-20 dollar arasında dəyişir.

Satış nöqtəsindən fotoları təqdim edirik:

8a9c3248-877b-47ad-865a-15df70cdbe85.jpeg

48974bd4-cdaa-47fe-b32b-076f4d976445.jpeg

b9ce3765-7ea8-4663-9adb-881b8d713ab6.jpeg

Nigar Həsənli, Musavat.com

 

Seçilən
19
musavat.com

1Mənbələr