AZ

“Güc Trampın anladığı yeganə dildir” – İran rəsmisi

BAKI,TurkicWorld Yusif Şərifzadə

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni hərbi hücumları həyata keçirməkdə tərəddüd etməsinin “tək bir reallığa əsaslandığını” bildirib.

TurkicWorld xəbər verir ki, İbrahim Əzizi X platformasında yazıb: “O bilir ki, İrana qarşı hər hansı addım qəti hərbi cavabla və birləşmiş xalqla üzləşmək deməkdir.”

O əlavə edib: “Güc onun anladığı yeganə dildir.”

Seçilən
43
turkic.world

1Mənbələr