AZ

Azərbaycanda bəzi zavodların bağlanma səbəbi bəlli oldu AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yerli istehsalın xarici bazarlardan asılılığı iqtisadi sabitliyə birbaşa təsir edən əsas amillərdən biri sayılır. Bu problem hazır məhsullarla yanaşı, xammal və texnoloji avadanlıqların tədarükündə də özünü qabarıq göstərir.Bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli idxaldan asılılığın bir neçə parametr üzrə özünü büruzə verdiyini diqqətə çatdırıb. Ekspert qida sektorundakı vəziyyəti nümunə çəkərək yerli istehsalın xammal baxımından xarici bazarlara bağlandığını vurğulayıb."Bunlardan biri xammal asılılığıdır. Yəni elə istehsal və istehlak məhsulları var ki, biz bilavasitə xammal baxımından idxaldan asılıyıq. Məsələn, qida sektorunda istehsal olunan məhsulların böyük əksəriyyəti xammal baxımından idxaldan asılıdır.İmişli Şəkər Zavodu Braziliyadan şəkər xammalı alır və həmin xammal əsasında şəkər istehsal edərək satışa çıxarır. Bu isə ciddi asılılıq yaradan haldır. Halbuki biz aqrar sektorda şəkər çuğunduru istehsalını inkişaf etdirərək yerli xammaldan istifadə edə bilərik".İqtisadçı tekstil və ağır sənaye sahələrində də bənzər çətinliklərin yaşandığını, bunun isə yerli məhsulların maya dəyərini artırdığını qeyd edib. Onun sözlərinə görə, texnoloji asılılıq ucbatından bəzi yerli müəssisələr fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb."Eyni hal tekstil sahəsində də müşahidə olunur. Məsələn, Özbəkistandan xammal idxal edilsə də, yerli xammal bazasının zəif olması istehsalı baha başa gətirir və nəticədə yerli istehsalın rəqabət qabiliyyəti azalır. Azərbaycanda velosiped, musiqi alətləri və kompüter avadanlıqları istehsalı kimi təşəbbüslər də olub. Lakin bu sahələrdə istifadə olunan texniki avadanlıqların böyük hissəsi idxaldan asılı olduğu üçün həmin müəssisələr bazarda davamlı uğur qazana bilmədi və fəaliyyətini dayandırdı.Nəticə etibarilə, istehsalın idxaldan asılılığı yerli istehsalın inkişafına mane olur və onun rəqabət qabiliyyətini zəiflədir", - deyə o qeyd edib. Qısası, ölkədə fəaliyyət göstərən bir çox fabrik və zavodlar istehsal üçün lazım olan materialları xaricdən aldığı üçün xərcləri çoxalır və bu durum yerli malların həm bahalaşmasına, həm də rəqabətə dözməyərək sıradan çıxmasına səbəb olur.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr