AZ

Bloomberg: NATO Hörmüz boğazında gəmiləri qorumağa hazırlaşır

ain.az, 525.az portalına istinadən məlumat verir.

NATO bloklanmış Hörmüz boğazından mülki gəmilərin keçidinə kömək etmək üçün missiya başlatmağı düşünür.

525.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Alyansın yüksək vəzifəli rəsmisi bildirib ki, əgər bu strateji su yolu iyulun əvvəlinə qədər yenidən açılmasa, NATO missiyası başlaya bilər. Təklif artıq bir neçə üzv dövlət tərəfindən təsdiqlənib, lakin alyansın yekun qərar üçün hələ də yekdil dəstəyi yoxdur.

Bunun 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO liderlərinin görüşündə əsas məsələlərdən biri olacağı gözlənilir. Eyni zamanda, ittifaq ölkələrinin ticarət gəmilərinin boğazdan təhlükəsiz keçməsinə necə zəmanət verə biləcəyi hələ də məlum deyil.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
525.az

1Mənbələr