AZ

"Qırmızı şeytanlar" portuqaliyalı ulduz üçün üç futbolçu və nağd pul təklif edir

Gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyən və hücum xəttini tamamilə yeniləmək istəyən "Mançester Yunayted" transfer bazarını alt-üst edəcək bir plan hazırlayıb.

Fanat.Az xəbər verir ki, İngiltərə klubu İtaliyanın "Milan" komandasında çıxış edən ulduz futbolçu Rafael Leaonun transferini reallaşdırmaq üçün rəsmi təklif təqdim etməyə hazırlaşır.

Mançester təmsilçisi portuqaliyalı vingerin müqaviləsini bitirmək üçün İtaliya klubuna böyük məbləğdə nağd pulla yanaşı, heyətində yer alan bir neçə ulduzu təklif etmək niyyətindədir. Rəhbərliyin mübadilə siyahısına daxil etdiyi oyunçular arasında Markus Reşford, Coşua Zirkze və Manuel Uqartenin adları çəkilir ki, bu da təklifin miqyasını göstərir.

Seçilən
2
1
fanat.az

2Mənbələr