Altı illik fasilədən sonra Bakı–Tiflis dəmir yolu xətti yenidən fəaliyyətə başlayır.
Musavat.com xəbər verir ki, artıq qatar reyslərinin gündəlik əsasda həyata keçirilməsi ilə bağlı yekun qərar verilib və 26 maydan etibarən ilk səfərlərin başlanacağı gözlənilir.
Yeni qərara əsasən, qatar reysləri hər gün həyata keçiriləcək. Yəni Bakıdan Tiflisə və əks istiqamətdə gündəlik qatarlar hərəkət edəcək. Bu xəbər həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan azərbaycanlılar arasında böyük məmnunluqla qarşılanıb. Xüsusilə illərdir quru sərhədlərin bağlı qalması səbəbindən insanlar bu xəttin açılmasını səbirsizliklə gözləyirdi.
Hazırda ictimaiyyəti ən çox maraqlandıran məsələ isə biletlərin qiymətidir.
Şahanə Rəhimli
Musavat.com