AZ

AZSTAND tekstil avadanlıqlarına dair yeni dövlət standartları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil avadanlıqlarının standartlaşdırılması sahəsində yeni dövlət standartları qəbul edilib.

Məlumata görə, yeni standartlar tekstil avadanlıqlarında potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün təhlükəsizlik tələbləri və qaydalarını müəyyən edir. Standartların qəbulunda əsas məqsəd tekstil avadanlıqlarının təhlükəsiz istismarına şərait yaratmaq, istehsalat proseslərində risklərin səviyyəsini azaltmaq, işçilərin həyat və sağlamlığının müdafiəsini gücləndirmək, həmçinin beynəlxalq standartlara uyğunluğu təmin etməkdir.

Sözügedən standart layihələri AZSTAND tərəfindən təsis edilən “Tekstil sahəsi” üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 

Seçilən
6
5
azerbaijan-news.az

6Mənbələr