Azad edilmiş ərazilərə xarici investorların investisiya yatırması ilə bağlı yeni mərhələnin yaxın zamanda başlayacağı gözlənilir. Bu barədə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Aydın Kərimov qeyd edib ki, hələlik Şuşaya birbaşa xarici investisiya yatırılmayıb, lakin gələcək layihələrdə xarici investorların iştirakına xüsusi önəm verilir: “Hazırlanan investisiya layihələrində xarici investorları görmək istərdik. Turizm layihələrinin və infrastruktur obyektlərinin yaradılması istiqamətində xarici məsləhətçilərlə geniş iş aparılır. Hazırda Şuşada müasir turizm və sanatoriya-kurort mərkəzlərinin, eləcə də dünya səviyyəli istirahət məkanlarının yaradılması üçün xüsusi layihələr hazırlanır”.
Aydın Kərimovun sözlərinə görə, bu layihələr hazırlandıqdan sonra xarici investorların qısa müddət ərzində Şuşaya investisiya yatırması gözlənilir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”