AZ

Kənddə park salınır

Cəlilabadın Alar bələdiyyəsi tərəfindən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində salınan yeni park 2 hektar ərazini əhatə edəcək və müasir standartlara cavab verən geniş istirahət məkanı olacaq.

Hazırda park ərazisində intensiv abadlıq işləri aparılır. Dekorativ ağac və kolların əkilməsi ilə yanaşı, müasir işıqlandırma sistemi, oturacaqlar, söhbətgahlar, fəvvarə və uşaqların əylənməsi üçün müxtəlif atraksionlar quraşdırılır. Parkın ətrafında da geniş abadlıq tədbirləri və yaşıllaşdırma işləri görülür.

Yeni park kənd sakinlərinin, xüsusilə uşaq və gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri üçün əlverişli məkan olacaq. Bu layihə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq regionlarda, o cümlədən Cəlilabad rayonunda kəndlərin abadlaşdırılması, yeni istirahət və əyləncə məkanlarının yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, sosial infrastrukturun inkişafına göstərilən xüsusi diqqət nəticəsində vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və komfortlu mühit yaradılması daim diqqət mərkəzində saxlanılır. O cümlədən Cəlilabadda son illər kəndlərin abadlaşdırılması və yeni istirahət zonalarının salınması istiqamətində layihələr reallaşdırılır. Alar kəndində salınan bu müasir park da həmin siyasətin növbəti nümunəsidir. Parkın yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr