“WUF13 mənim üçün olduqca dəyərli təcrübədir. Burada şəhərsalma, dayanıqlı inkişaf və sosial inklüzivlik mövzularında dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı əldə etmişəm”.
Bu sözləri SİA-ya açıqlamasında WUF13 sərgisinin iştirakçısı Allamin Burma Treye deyib.
O bildirib ki, tədbirin təşkili yüksək səviyyədə həyata keçirilib: “Sessiyalar maraqlı və məzmunludur, iştirakçılar üçün hər cür şərait yaradılıb”.
Allamin Burma Treye qeyd edib ki, Bakı onda xüsusi təəssürat yaradıb: “Şəhər həm müasir infrastrukturu, həm də zəngin tarixi və mədəni irsi ilə diqqət çəkir”.
Qonaq, həmçinin Azərbaycan insanlarının qonaqpərvərliyini xüsusi vurğulayıb: “İnsanların səmimiyyəti burada keçirdiyim günləri daha da yaddaqalan edib”.
O ümid etdiyini bildirib ki, forumun növbəti günlərində daha çox insanla tanış olacaq və yeni əməkdaşlıq imkanları yaranacaq.