AZ

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Azərbaycanın

Raxshanda

Müəllif

Raxshanda

Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə uyğun mərkəzləşdirilmiş nəzarəti həyata keçirən vahid qurum – Qida Təhlükəsizliyi Komitəsi yaradılıb.Ulusum.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Yeni qurum bu ilin 12 may tarixindən fəaliyyətə başlayıb. Komitə Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin aidiyyəti struktur bölmələrinin bazasında formalaşdırılıb.Yeni idarəetmə modeli çərçivəsində bir sıra qida məhsulları üzrə məcburi sertifikatlaşdırma tələbləri ləğv edilib, idxal və ixrac prosedurlarında nəzarət müddətləri isə əhəmiyyətli dərəcədə azaldılıb. Bununla yanaşı, qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.Qeyd edək ki, Özbəkistan nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki təcrübəsini öyrənmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi-də bir sıra görüşlər keçirib və qurumun fəaliyyət istiqamətləri ilə yaxından tanış olub. Eyni zamanda Agentliyin nümayəndə heyəti də Özbəkistana işgüzar səfər edib.Məlumata görə, Özbəkistanda vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması məqsədilə müxtəlif ölkələrin təcrübəsi araşdırılıb və Azərbaycanın tətbiq etdiyi model ən effektiv və məqbul variant kimi qiymətləndirilib.

Diqqət Çəkənlər

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO

Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq

Şuşa və Trabzon şəhərləri qardaşlaşdı

Seçilən
4
4
ulusum.az

5Mənbələr