Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dağ-mədən sahələri və fəaliyyətsiz karyerlərlə bağlı monitorinqlər davam etdirilir. Aparılan nəzarət tədbirləri çərçivəsində sənədsiz və ya fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərə xəbərdarlıqlar edilir, onların fəaliyyətinin dayandırılması və sənədlərinin bərpa olunması tövsiyə olunur.
Əməkdaşlarımızın Göyçay və Göygöl rayonlarında apardıqları müşahidələr zamanı qanunsuz fəaliyyət göstərən karyerlər aşkar edilməyib. Ərazidə fəaliyyət göstərən obyektlərin mövcud qaydalara uyğun işlədiyi bildirilib.
Məsul şəxslərin sözlərinə görə, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və regional idarələr tərəfindən mütəmadi reydlər keçirilir, monitorinqlər aparılır və ərazilərə nəzarət davam etdirilir.