AZ

Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar konfrans

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında bu təhsil olcağının, rayon icra hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-nun Qazax filialından məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfransın mövzusuna həsr edilmiş slayd nümayiş olunub.

BDU-nun Qazax filialının direktoru dosent Arif Rüstəmov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 2025-ci il oktyabrın 22-də Sərəncam imzaladığını xatırladıb. Qeyd edib ki, XX əsrin əvvəlləri türk xalqlarının elmi və mədəni həyatında mühüm dəyişikliklər dövrü kimi xarakterizə olunur və həmin dövrün ən mühüm hadisələrindən biri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olub. Qurultay Türk dünyasının müxtəlif ölkələrindən olan alimləri bir araya gətirərək türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi əsaslarla tədqiqinə yeni istiqamətlər verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
azertag.az

1Mənbələr