AZ

Gülzar Fərəcova Türkiyənin məşhur proqramında!

Olay.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gənc xanəndə Gülzar Fərəcova qardaş ölkə Türkiyənin paytaxtı Ankarada yayımlanan “TRT Avaz”ın “Altaylardan Tunaya” adlı canlı proqramının qonağı olub.

OLAY yazır ki, hər həftə türk dilli xalqların tanınmış sənətçilərinin dəvət olunduğu proqramda bu dəfə muğam ifaçısı Gülzar Fərəcova yer alıb.

Sənətçi proqram zamanı Azərbaycan musiqisinin unudulmaz əsərlərini, korifey sənətkarların ifalarını, eləcə də türk xalq musiqilərini canlı orkestr müşayiəti ilə səsləndirib.

Verilişdə milli dəyərlərə xüsusi önəm verilib. Belə ki, Gülzar Fərəcova və aparıcı hər biri öz ölkəsinin milli geyimində tamaşaçı qarşısına çıxaraq rəngarəng görüntülər yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
olay.az

1Mənbələr