AZ

Qazaxıstanlı nazir müavini: Vətəndaşlar üçün rahat şəhər mühitinin yaradılması xüsusi əhəmiyyət kəsb edir

Qardaşlıq, dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı açıq dialoq, birgə təşəbbüslər və çoxtərəfli əməkdaşlıq platforması kimi çıxış edir.

"Report"un məlumatına görə, bunu Qazaxıstanın Sənaye və Tikinti nazirinin müavini Rakhymzhan İsakulov WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.

O qeyd edib ki, builki forumun mövzusu olan "Təhlükəsiz və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılması" Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr üçün xüsusilə aktualdır:

​"Bu gün ölkələrimiz urbanizasiya, şəhər əhalisinin sürətli artımı, infrastrukturun müasirləşdirilməsi ehtiyacı, mənzil təminatının əlçatanlığı, habelə şəhərlərin iqlim və ekoloji risklərə qarşı dayanıqlılığının artırılması ilə bağlı ümumi çağırışlarla üz-üzədir. Bu baxımdan, dayanıqlı şəhərsalma planlaşdırılmasına birgə yanaşmaların hazırlanması, müasir texnologiyaların tətbiqi, tarixi və mədəni irsin qorunub saxlanılması, eləcə də vətəndaşlar üçün rahat şəhər mühitinin yaradılması xüsusi əhəmiyyət kəsb edir".

Seçilən
51
far.az

1Mənbələr